<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>475</hymn_number>
<lyrics>[V1]
 Qəlbimdə qəm, kədəri illərdir saxlayıram,
 Ağırlaşmış bu yükü hələ də daşıyıram.

[C1]
   Nə vaxtadək ürəyim üzüləcək, bilmirəm,
   Gözümdən kədər yaşı silinəcək, görəsən?

[V2]
 Üzümdən qəm, kədəri heç silə bilməyirəm,
 Sevinmək və şadlanmaq keçir mənim qəlbimdən.

[C2]
   Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim,
   Bu ağrılı günlərim bir də geri dönməsin.

[V3]
 Gəl köməyimə, Rəbbim, Sən qal mənim qayğıma,
 Çarmıxdakı əzabın həkk olsun yaddaşıma.

[C3]
   Səninlə bağlı olsun qoy hər arzum, diləyim,
   Bu dünya istəyindən təmizlə məni, Rəbbim.
   Oxu, Müqəddəs Ruhum, oxu həmişə Rəbbə,
   Azad quş kimi uçum Rəbb gələndə Göylərə.</lyrics>
<title>Qəlbimdə qəm, kədəri illərdir saxlayıram İL475</title>
</song>